
Bakı. Trend:
Ermənistan Azərbaycanla əlaqələrin tezliklə qurulması,
kommunikasiyaların açılması və bərpasında çox maraqlıdır, belə ki,
bunun əsas benefisiarlardan biridir.
Trend Ermənistan
KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər
naziri Ararat Mirzoyan bildirib.
“Əgər dəmiryolu əlaqələrindən danışsaq, ekspertlərin
təxminlərinə görə, onun tikintisi azı iki il çəkə bilər. Amma biz,
Azərbaycan Respublikasının infrastrukturu və ərazisindən istifadə
etməklə yükləri göndərib qəbul edə bilərik,”- deyə Mirzoyan qeyd
edib.
O, Azərbaycanla sülh sazişinin mətni artıq paraflandığını
xatırladıb və Ermənistan tərəfinin bu sazişi mümkün qədər tez
imzalamağa hazır olduğunu vurğulayıb.

