
Bakı. Trend:
Paris prokuroru Lor Beko Luvr muzeyində baş vermiş oğurluq
hadisəsi ilə bağlı saxlanılan iki şəxsin təqsirlərini qismən etiraf
etdiyini açıqlayıb.
Trend xəbər verir
ki, bunu Paris prokuroru Lor Beko mətbuat konfransında
bildirib.
Beko bildirib ki, oktyabrın 25-də həbs edilmiş hər iki şəxs
oğurluqda iştiraklarını qismən etiraf edib. Lakin istintaq hələ də
oğurlanmış zinət əşyalarının yerini müəyyən edə bilməyib.
Saxlanılanlardan biri 34 yaşlı Əlcəzair vətəndaşıdır və 2010-cu
ildən Fransada yaşayır. Digəri isə 39 yaşlı şəxsdir, Paris
yaxınlığındakı Overvil kommunasında doğulub və son zamanadək orada
yaşayıb.
Qeyd edək ki, Luvrda qarət hadisəsi oktyabrın 19-da baş
verib.

