Bakı. Trend:
Kamboca ilə sərhəd münaqişəsində həlak olan Tayland
hərbçilərinin sayı 19-dan 21-ə yüksəlib.
Trend-in məlumatına görə, bu barədə Tayland Kral Quru Qoşunları
xəbər verib.
Məlumata əsasən, dekabrın 17-də Sisaket və Sa Kaeo
vilayətlərində keçirilən hərbi əməliyyatlar zamanı iki Tayland
hərbçisi həlak olub.
Qeyd edək ki, dekabrın 7-də kiçik silahlarla toqquşmalar baş
verib. Dekabrın 8-də Tayland quru qoşunları Kamboca qoşunlarının
sərhəd bölgəsindəki mövqelərini atəşə tutmağa başladığını bildirib.
Tayland Hərbi Hava Qüvvələri Kambocanın hərbi infrastrukturuna
hücum edərək cavab verib.

