İtaliya A Seriyası: “Milan” öz meydanında “Napoli”ni minimal hesabla məğlub edib – VİDEO

Dünya


İtaliya A Seriyasının 24-cü turunun matçında “Milan” doğma meydanda 1:0 hesabı ilə “Napoli”yə qalib gəlib.

Oxu.Az xəbər verir ki, ilk hissədə meydan sahibləri layiqincə önə keçdilər.

Yeganə qolu 25-ci dəqiqədə Teo Hernandes vurdu.

Qonaqlar 89-cu dəqiqədə hesabı bərabərləşdirmək üçün ən yaxşı şanslarını əldən verdilər.

Qeyd edək ki, “Milan” A Seriyasında keçirdiyi 24 oyundan sonra 52 xalla üçüncü pillədə qərarlaşıb. “Napoli” (35) 9-cu yerdədir. Çempionatın lideri “İnter”dir (60).

 

www.RESMIXEBER.az