İstanbulda əlverişsiz hava şəraiti səbəbindən 54 uçuş təxirə salınıb

Baş səhifə

Bakı. Trend:

Yanvarın 12-sinə gözlənilən əlverişsiz hava şəraiti səbəbindən
İstanbul hava limanında nəzərdə tutulan 54 səfər (qalxış və eniş)
təxirə salınıb.

Trend xəbər verir
ki, bu barədə “Türk Hava Yolları” (THY) aviaşirkətinin media
müşaviri Yahya Üstün məlumat yayıb.




Onun sözlərinə görə, bu qərar Türkiyənin Meteoroloji Fövqəladə
Hallar Komitəsi (MADKOM) tərəfindən qəbul edilib və uçuşlarla bağlı
ən son məlumat THY-nin rəsmi səhifəsində yayımlanacaq.

Qeyd edək ki, sabaha gözlənilən güclü qar yağışı səbəbindən
İstanbulda təhsil ocaqlarında da birgünlük ara verilib.