İranın dron hücumundan sonra Naxçıvan aeroportundan – FOTOREPORTAJ

Baş səhifə
İranın dron hücumundan sonra Naxçıvan aeroportundan - FOTOREPORTAJ

İranın dron hücumu nəticəsində Naxçıvan aeroportuna ciddi ziyan dəyib, əməkdaşlar təxliyə edilib

İranın Naxçıvan aeroportuna həyata keçirdiyi dron hücumu nəticəsində aeroport binasına ciddi ziyan dəyib, əməkdaşlar təxliyə olunub.

“Report”un Naxçıvan bürosu xəbər verir ki, dron hücumundan sonra binanın tavan hissəsi demək olar tamamilə dağılıb.

Hava limanının əməkdaşları və sərnişinlər ərazidən təxliyə edilib.

Bundan başqa, müntəzəm reys üzrə Bakıdan Naxçıvana uçan sərnişin təyyarəsi yaranmış vəziyyətlə əlaqədar təhlükəsizlik məqsədilə paytaxta geri dönüb.