
Bakı. Trend:
İran hökuməti vətəndaşların dəstəyi ilə mövcud nigaranlıq və
iqtisadi problemləri həll etməyə çalışır.
Trend-in
məlumatına görə, bunu İran prezidenti Məsud Pezşekian bu gün İran
vətəndaşlarına müraciətində bildirib.
Onun sözlərinə görə, ilk mərhələdə ölkə bazarlarında mövcud olan
çatışmazlıq və bir növ aclıq yaratmağa çalışırdılar. Çünki mövcud
tələb və təklif arasında uyğunluq yox idi. Hazırda bu problem
aradan qaldırılıb.
Pezeşkian bildirib ki, hökumət vətəndaşlara bu vədi verə bilər
ki, vətəndaşların məişət durumuna lazım olan məhsulların təmin
olunmasında heç bir problem yaranmayacaq. İran hökuməti vəd edir
ki, iqtisadiyyatla əlaqədar vətəndaşlar, istehsalçılar və iş
adamları ilə birlikdə problemləri aradan qaldırmaq mümkündür.
“Hazırda 5-6 ildən çoxdur ki, ölkədə 40%, 50%-lik inflyasiya
var. Bu ildə də inflyasiya həmin səviyyədə olacaq. Gələn ildə də
inflyasiya və bir sıra problemlər mövcud olacaq. Amma önəmli olan
budur ki, hökumət iqtisadi çətinliklərin aradan qaldırılması
istiqamətində proqramlar hazırlayır”, -deyə o qeyd edib.
Qeyd edək ki, dekabr ayının sonlarından İranın milli valyutası
rialın xarici valyutalar qarşısında kəskin dəyər itirməsi, yüksək
inflyasiya və digər iqtisadi problemlərə görə etiraz aksiyaları
başlayıb. Etirazlarda ölən və yaralananları olduğu bildirilsə də,
say haqda məlumat verilməyib.

