Bakı. Trend:
Göyçayda narkotik vasitənin təsiri altında avtomobil idarə edən
34 yaşlı Teymur Həmidov saxlanılıb.
Bu barədə Trend-ə Daxili İşlər Nazirliyindən məlumat
verilib.
bildirilib ki, tibbi müayinə zamanı sürücünün narkotik vasitə
marixuana istifadə etdiyi məlum olub. T.Həmidov barəsində toplanmış
material baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə
o, 15 sutka inzibati qaydada həbs olunub.

