ABŞ və Çin arasında süni intellektlə bağlı “qaynar xətt” yaradılacaq – Ağ Ev

Baş səhifə

Bakı.Trend:

ABŞ və Çin süni intellektlə bağlı müxtəlif
insidentlərin müzakirəsi üçün kommunikasiya kanalının yaradılması
barədə razılığa gəliblər.

Bu barədə ÇXR Sədri Si Cinpinin sentyabrın 23-25-də
ABŞ-yə dövlət səfərinin və ABŞ Prezidenti Donald Trampla
görüşlərinin yekunlarına dair Ağ Ev tərəfindən dərc olunan
sənədlərdə bildirilib.

“Süni intellektdən üstün intellektə qədər risklər və
üstünlüklərlə bağlı fikir mübadiləsi aparmaq məqsədilə ABŞ və Çin
arasında superintellekt üzrə dialoq yaradılıb. Növbəti fikir
mübadiləsi 2026-cı ilin noyabrından gec olmayaraq keçiriləcək. ABŞ
və Çin, həmçinin superintellektlə bağlı insidentlər üzrə ikitərəfli
kommunikasiya kanalı yaratmaq barədə razılığa gəliblər”, –
sənədlərdə qeyd olunub.




Tramp daha əvvəl “süni intellekt” adlandırılmasını
“uğursuz və qeyri-dəqiq” hesab etdiyini bildirib. ABŞ liderinin
fikrincə, bu cür texnologiyalar “superintellekt”
adlandırılmalıdır.

Ağ Evin sənədlərində qeyd olunduğu kimi, ABŞ və Çin
liderləri “müvafiq yeni texnologiyaları ifadə etmək üçün “süni
intellekt” əvəzinə “superintellekt” terminindən istifadə etmək
barədə razılığa gəliblər”.