G7 ölkələri Rusiyanın dondurulmuş aktiv gəlirlərindən Ukraynaya 30,9 milyard avro ayırıb

Baş səhifə

Bakı. Trend:

“Yeddilik qrupu” ölkələri artıq ERA – Rusiyanın dondurulmuş
aktivlərinin reinvestisiyasından əldə olunan gəlirlər hesabına 45
milyard avroluq kreditlərin 30,9 milyardını artıq Kiyevə ötürüblər.
Bu kreditlərin ödənilməsi 2042-ci ilə qədər davam edəcək.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə Avropa İttifaqının iqtisadiyyat
üzrə ali komissarı Valdis Dombrovskis Avropa Parlamentinin
sessiyasında çıxışı zamanı danışıb.




“Avropa İttifaqının təşəbbüsü ilə “yeddilik qrupu” ölkələri
2024-cü ildə 45 milyard avroluq kredit xətti qəbul ediblər. Bu
kreditlər Rusiyanın aktivlərinin reinvestisiyasından əldə edilən
gəlirlər hesabına ödəniləcək . Bu kredit xətti çərçivəsində
Ukraynaya artıq 30,9 milyard avro daxil olub, bunun 18,1 milyardı
Aİ ölkələri tərəfindən təmin edilib”, – Dombrovskis bildirib.

Qeyd edək ki, Avrokomissiyanın noyabrın əvvəlində açıqladığı və
Rusiyanın aktivlərinin ekspropriasiyasını nəzərdə tutan “reparasiya
krediti” sxeminə əsasən, AK Avropa İttifaqında bloklanmış təxminən
200 milyard avro həcmində Rusiya aktivlərinin 140 milyard avrodan
çox olmayan hissəsini müsadirə etməyi planlaşdırır. Qalan vəsait
isə 2024-cü il üçün ERA kredit xəttinin birbaşa
maliyyələşdirilməsinə yönəldiləcək.