Bakı. Trend:
“Ford” park sistemindəki nöqsanlar səbəbindən ABŞ-də 270 000-dən
çox elektrik və hibrid avtomobilini geri çağırır.
Trend xəbər verir
ki, bu barədə “Apnews.com” nəşri məlumat yayıb. Bildirilib ki, park
funksiyasındakı problem avtomobilin özü-özünə hərəkətə düşməsinə
səbəb ola bilər. Məhz bu risklə əlaqədar geri çağırış qərarı
verilib.
Qeyd olunur ki, geri çağırış “F-150 Lightning BEV”, “Mustang
Mach-E” və “Maverick” modellərinin bir hissəsini əhatə edir.

