
Özbəkistan Peşəkar Futbol Liqası “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə təbrik edib.
Modern.az xəbər verir ki, bu barədə Özbəkistan Peşəkar Futbol Liqasının “X” səhifəsinə bildirilib.
“Özbəkistan Peşəkar Futbol Liqası “Sabah” futbol klubunu UEFA Çempionlar Liqasının Liqa mərhələsinə vəsiqə qazanması münasibətilə səmimi-qəlbdən təbrik edir! Qardaş Azərbaycan klubuna Avropanın ən nüfuzlu klub turnirində uğurlar, möhtəşəm qələbələr və yeni nailiyyətlər arzulayırıq!”, – təbrikdə qeyd olunub.

