
Bakı. Trend:
ABŞ qonşu ölkədən gələn avtomobillərə və avtomobil hissələrinə
50 faizlik tarif tətbiq edərsə, Kanada hökuməti cavab tədbirləri
görəcək.
Bu barədə Kanadanın sənaye naziri Melani Coli Ottavada keçirilən
mətbuat konfransında bildirib.
“ABŞ-nin Kanada nəqliyyat vasitələrinə 50 faiz tarif tətbiq
etmək təhdidləri ilə bağlı “Ford Canada”, “Honda Canada” və “Toyota
Canada”nın rəhbərləri ilə əlaqə saxlamışam. Əlbəttə ki, biz cavab
tədbirləri görəcəyik”, – deyə o qeyd edib.
Mətbuat konfransında Kanadanın gələn aydan etibarən təxminən 28
milyard dollarlıq Amerika idxalına tarif tətbiq edəcəyi açıqlanıb.
Bu tariflər polad, süd məhsulları, məişət texnikası, kənd
təsərrüfatı avadanlıqları, sellüloz, kağız və elektronika kimi
sektorlara təsir edəcək. Bundan əlavə, Ottava rəsmiləri tariflərdən
təsirlənən Kanada işçilərini və müəssisələrini dəstəkləmək üçün 7,5
milyard dollar ayıracaqlarını açıqlayıblar.
Daha əvvəl ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Kanada
avtomobillərinə, avtomobil ehtiyat hissələrinə və poladına gələn il
yanvarın 1-dən etibarən 50 faiz tarif tətbiq etməyi
planlaşdırdığını açıqlamışdı.

