
Nepalda güclü sel nəticəsində ölənlərin sayı 22 nəfərə yüksəlib, 384 turist və səyyahın isə itkin düşdüyü bildirilir.
Modern.az xəbər verir ki, Nepalın Turizm İdarəsinin ilkin məlumatına əsasən, itkin düşənlərdən 291-i xarici ölkə vətəndaşı, 93-ü isə Nepal vətəndaşıdır.
İtkin düşənlər arasında Hindistan, Avstraliya, Niderland, ABŞ, Malayziya, Böyük Britaniya və Cənubi Afrika vətəndaşlarının olduğu bildirilir. Daha 111 nəfərin vətəndaşlığı isə hələ müəyyənləşdirilməyib.
Sel Nepalın Çinlə sərhəddə yerləşən dağlıq Rasuva bölgəsində xüsusilə ciddi fəsadlara səbəb olub. Güclü su axını yaşayış məntəqələrini, yolları, körpüləri və enerji infrastrukturu obyektlərini dağıdıb. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.
Fəlakət qonşu Çinin Tibet bölgəsinə də təsir edib. Sürüşmə Gyrong limanı ərazisində ciddi dağıntılara səbəb olub. Çin tərəfi burada itkilərin olduğunu açıqlasa da, ölənlərin dəqiq sayı barədə məlumat verməyib.

