Ötən gün 25 nəfər saxlanılıb

Baş səhifə

Bakı. Trend:

Avqustun 25-də axtarışda olan şəxslər saxlanılıb, qanunsuz
silah-sursat və narkotik vasitələr aşkarlanıb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, ailə üzvlərini
məlumatlandırmadan yaşadıqları ünvanı tərk etdiklərinə görə itkin
düşmüş kimi axtarışları aparılan 20 nəfər tapılaraq aidiyyəti üzrə
təhvil verilib.

Həmçinin dələduzluğa görə axtarışda olan 5 nəfər polis
əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.




Keçirilən əməliyyat tədbirləri zamanı ümumi çəkisi 1,3 kiloqram
narkotik vasitə və psixotrop tərkibli 22 həb aşkar edilərək
götürülüb.

Bundan başqa, paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 1
avtomat, 1 tapança, 4 tüfəng və müxtəlif çaplı 313 patron
aşkarlanaraq götürülüb.

Qanunsuz saxlanılan odlu silah-sursatın və narkotik vasitələrin
aşkar edilərək götürülməsi istiqamətində əməliyyat və profilaktik
tədbirlər davam etdirilir.