“Barselona” fransalı müdafiəçini istəyir

Baş səhifə

Bakı. Trend:

“Barselona” Aleks Baldenin bu yay komandadan ayrılacağı təqdirdə “Leyptsiq”in mərkəz müdafiəçisi Kastello Lukebanı transfer etməyi
düşünür.

23 yaşlı futbolçunun müqaviləsində 80 milyon avroluq sərbəst
qalma bəndi var. Bununla belə, Aımaniya klubu 45-50 milyon avroluq
təklifi dinləməyə hazırdır.




Lukeba ötən mövsüm bütün yarışlarda 29 oyunda meydana çıxıb, bir
qol vurub və bir məhsuldar ötürmə edib. Oyunçunun klubla hazırkı
müqaviləsi 2029-cu ilin yayına qədərdir.

Fransa millisinin üzvü “Lion”da da oynayıb.