Laçında doğulan uşaqların sayı: neçəsi qız, neçəsi oğlandır? 

Baş səhifə

2026-cı ilin ilk yarısında Laçın rayonunda 419 uşaq doğulub.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumata görə, yanvar-iyun aylarında doğulan uşaqların 222-si oğlan, 197-si qız olub.

Hesabat dövründə rayonun şəhər yerlərində 80 doğum qeydə alınıb. Onlardan 52-si oğlan, 28-i qızdır. Kənd yerlərində isə 339 uşaq dünyaya gəlib. Bu uşaqların 170-i oğlan, 169-u qız olub.

Müqayisə üçün, 2025-ci il ərzində Laçın rayonunda ümumilikdə 937 doğum qeydə alınıb. Onların 545-i oğlan, 392-si qız olub.

Bundan əlavə, ötən il şəhər yerlərində 151 uşaq – 89 oğlan və 62 qız, kənd yerlərində isə 786 uşaq – 456 oğlan və 330 qız doğulub.

Xatırladaq ki, bu gün Laçın Şəhər Günü olaraq qeyd edilir.