
Bakı. Trend:
İngiltərənin “Mançester Yunayted” klubu heyətini yeni oyunçu ilə
gücləndirib.
Premyer Liqa nəhəngi “Brayton”dan Karlos Balebanı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qırmızı şeytanlar” kamerunlu futbolçu üçün 80+5 milyon avro
təzminat ödəyəcəklər. 22 yaşlı dayaq yarımmüdafiəçisi “Mançester
Yunayted”lə 2031-ci ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan
müqavilə imzalayıb.
Qeyd edək ki, “Brayton” Karlos Balebanı 2023-cü ilin yayında “Lill”dən 27 milyon avroya transfer edib. Kamerun millisinin üzvü
bu mövsüm “qağayılar”ın heyətində meydana çıxdığı 29 oyunda qol və
ya məhsuldar ötürmə ilə yadda qalıb.

