Ceyhun Bayramov İƏT Əmək Mərkəzinin baş direktoru ilə görüşüb (FOTO)

Baş səhifə

Bakı. Trend:

17 oktyabr 2025-ci il tarixində Azərbaycan Respublikasının
xarici işlər naziri Ceyhun Bayramov İslam Əməkdaşlıq Təşkilatının
(İƏT) Əmək Mərkəzinin baş direktoru Azər Bayramovu qəbul edib.

Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüşdə, yeni
yaranmış və İƏT-in ixtisaslaşmış təşkilatlarından olan Əmək
Mərkəzinin gördüyü işlər və gələcək planlar müzakirə olunub.

Bununla yanaşı, Azərbaycan və İƏT arasında mövcud əməkdaşlıq
gündəliyi, İƏT-in gələn il ölkəmizdə keçiriləcək Zirvə görüşünə və
digər yüksək səviyyəli tədbirlərə hazırlıq məsələləri ətrafında
fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Təşkilatla qurulan sıx əməkdaşlıq
əlaqələrini məmnunluqla vurğulayıb. Bakıda İƏT üzv dövlətlərinin
əmək nazirlərinin 5-ci konfransı çərçivəsində təsis edilmiş Əmək
Mərkəzinin təşkilat çərçivəsində münasibətləri daha da irəli
aparacağı qeyd olunub.

Aparılacaq işlərin əmək, məşğulluq, sosial müdafiə və insan
kapitalının inkişafı sahəsində üzv ölkələrin əməkdaşlığının
genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər
ətrafında fikir mübadiləsi aparılıb.