
Bajı. Trend:
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı
şəhərinin Binəqədi rayonu ərazisində istifadə olunmayan tikilidə
yanğın baş verməsi barədə məlumat daxil olub.
Bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Xüsusi
Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin
qüvvələri cəlb olunub.
Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam
etdirilir.
Əlavə məlumat veriləcək.

