Tramp Kanada mallarına tətbiq edilən tarifləri üç gün müddətinə dayandırıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Kanada mallarına tətbiq ediləcək 50 faizlik gömrük
rüsumlarının qüvvəyə minməsini üç gün müddətinə təxirə salıb.

Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” sosial
şəbəkəsində yazıb.




Tramp bildirib ki, Kanada və ABŞ sənədlərin yekun
razılaşdırılması nəzərə alınmaqla razılığa gəldiyi üçün sabah səhər
qüvvəyə minməli olan 50 faizlik rüsumların tətbiqini üç gün
müddətinə dayandırıb.

O əlavə edib ki, əvvəlki prezident Co Bayden administrasiyası
tərəfindən dayandırılan, Kanadanın Alberta əyalətindən ABŞ-ın Texas
ştatına uzanan Keystone XL neft kəməri layihəsi yenidən bərpa oluna
bilər.