İsrail Qəzzada HƏMAS-ın komandirlərinin görüş keçirdiyi yerə zərbə endirib

Baş səhifə

Bakı. Trend:

İsrailin Müdafiə Qüvvələri Qəzza zolağının şimalındakı Əş-Şati
qaçqın düşərgəsinin yaxınlığında HƏMAS-ın bir neçə yüksəkvəzifəli
komandirinə qarşı hücum həyata keçirib.

Bu barədə İsrailin Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat
yayıb.




Bildirilib ki, İsrailin qoşunlarına hücumlar planlaşdıran
HƏMAS-ın Nuhba xüsusi təyinatlı qüvvələrinin komandirlərinin görüş
keçirdiyi yer hədəfə alınıb.

Ölənlərin və yaralananların olub-olmaması barədə hələlik məlumat
verilməyib.