Qalib Bayramovun cinayət işi üzrə məhkəmə prosesi baş tutub

Baş səhifə

Bakı. Trend:

“QHT işi”ndə ittiham edilən iqtisadçı Qalib Bayramovun cinayət
işi üzrə məhkəmə prosesi baş tutub.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə prokuror
çıxış edib.

Dövlət ittihamçısı təqsirləndirilən şəxsin 3 il vəzifə tutmaq
hüququndan məhrum edilməsini, 5 il sınaq müddəti olmaqla 9 il
müddətinə şərti azadlıqdan məhrumetmə cəzasını təklif edib.




Növbəti proses 9 sentyabrda davam edəcək.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 193-1.3.2-ci (
Cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma xeyli miqdarda
törədildikdə ), 308-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə)
maddələri ilə ittiham irəli edilib.