
Abşeron rayonunun Masazır qəsəbəsində kişi qətlə yetirilib, arvadı saxlanılıb.
Modern.az xəbər verir ki, Trend-in məlumatına görə, hadisə avqustun 19-da saat 12:00 radələrində baş verib.
Belə ki, 1978-ci il təvəllüdlü Əlsəfa Rəhimov kəsici-deşici alətlə qətlə yetirilib.
Polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində cinayət əməlini törətməkdə şübhəli bilinən mərhumun arvadı, 1983-cü il təvəllüdlü A. Əliyeva saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.

