Bakının bir sıra ərazilərində işıq olmayacaq

Baş səhifə

Bakı. Trend:

Bu gün paytaxtın bir sıra rayonlarında Transformator
Məntəqələrində (TM) təmir işləri həyata keçiriləcək.

Bu barədə “Azərişıq” ASC-dən məlumat verilib.




AZƏRTAC “Azərişıq” ASC-nin yaydığı məlumata istinadən xəbər
verir ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin
(RETSİ) xidməti ərazisində yerləşən Abbas Mirzə Şərifzadə,
Çuxursəd, Elşən Müslümov, Əjdər Ağayev, Məhəmməd Xiyabani, Mirəli
Seyidov küçələrinin, eləcə də Bakı kənar dairəvi yolunun bir
hissəsində saat 10:00-dan 13:00-dək elektrik enerjisinin
verilişində məhdudiyyət tətbiq olunacaq.

Nərimanov RETSİ-nə daxil olan Ağa Nemətulla, Arif Hacıyev, Arif
Heydərov küçələrinin bəzi ərazilərində də saat 09:00-dan 13:00-dək
enerjinin verilişi müvəqqəti dayandırılacaq.