
Türküstan.Trend:
Azərbaycan və Qazaxıstan türk əməkdaşlığının
mədəni-tarixi müstəvidən praktik iqtisadi və logistika müstəvisinə
keçirilməsində əsas rol oynayır.
Trend-in xüsusi müxbiri xəbər verir ki, bunu
qazaxıstanlı politoloq, beynəlxalq münasibətlər üzrə ekspert,
Qazaxıstanın İctimai İnkişaf İnstitutunun İnstitusional Təhlil və
İslahatlar Mərkəzinin direktoru Rizzat Tasım Türk Dövlətləri
Təşkilatının (TDT) qeyri-rəsmi sammiti çərçivəsində jurnalistlərə
verdiyi açıqlamada deyib.
Onun sözlərinə görə, Türküstan şəhərində keçirilən
hazırkı TDT sammiti ilə bağlı nikbin gözləntilər var təşkilata üzv
ölkələr böyük potensiala malikdir və bu potensial hazırda aktiv
şəkildə konkret nəticələrə çevrilir.
“Artıq TDT-yə üzv ölkələrin tarixi, mənəvi və mədəni
potensialından istifadə edərək bunu real müstəviyə keçirməyin
vaxtıdır. Bunun üçün ciddi əsaslar var”,- deyə ekspert qeyd
edib.
R.Tasımın sözlərinə görə, Beynəlxalq Valyuta Fondu
məlumatlarına əsasən, TDT ölkələrinin ümumi ÜDM-i 2025-ci ilin
yekunlarına görə təxminən 2,3 trilyon dollar təşkil edib ki, bu da
dünya ÜDM-nin təxminən 2 faizinə bərabərdir.
“Qısa müddət ərzində bu marşrut üzrə ticarət
dövriyyəsinin həcmi beş dəfə artıb. Məhz Azərbaycan və Qazaxıstanın
sıx əməkdaşlığı (Türkiyənin fəal iştirakı ilə) bu logistika
marşrutunun inkişafının əsas hərəkətverici qüvvəsinə çevrilib”, –
deyə o bildirib.
Rəqəmsallaşma sammitin əsas prioritet
istiqamətlərindən biri kimi qeyd olunub. Ekspert vurğulayıb ki,
məhz bu sahədə gömrük prosedurlarının sadələşdirilməsi, informasiya
bazalarının inteqrasiyası, vahid standartların yaradılması və
rəqəmsal maliyyə alətlərinin tətbiqi vasitəsilə qısa müddətdə
nəzərəçarpan nəticələr əldə etmək mümkündür.
“Əgər mədəni və mənəvi baza iqtisadi əsaslarla
möhkəmləndirilsə, TDT qlobal dəyişikliklər dövründə ciddi sistem
formalaşdıran platformaya çevrilə bilər”,- deyə Tasım bildirib.
O, həmçinin Azərbaycan və Qazaxıstan üçün öz
nəqliyyat marşrutlarının gücləndirilməsinin siyasi əhəmiyyətini
vurğulayıb. Buraya digər təşəbbüslərlə inteqrasiya, eləcə də iki
ölkə arasında internet kabelinin çəkilməsi kimi rəqəmsallaşma
layihələri daxildir.
Ekspert əməkdaşlığın vətəndaş ölçüsünün inkişafını da
müsbət qiymətləndirib. Onun sözlərinə görə, bu il Azərbaycanda
keçirilən və uğurla başa çatan ilk vətəndaş cəmiyyəti sammitindən
sonra bu format ənənəvi xarakter alacaq.
O, təxminən 600 milyon dollar kapitalla fəaliyyət
göstərən TDT İnvestisiya Fondunu da qeyd edib və bildirib ki,
rəqəmsallaşma bu fondun maliyyələşdirməsində prioritet
istiqamətlərdən biri olmalıdır.
Hərbi-texniki əməkdaşlıqdan danışan Rizzat Tasım qeyd
edib ki, Azərbaycan, xüsusilə Qazaxıstan da daxil olmaqla tərəfdaş
ölkələrlə real döyüş əməliyyatları sahəsində dəyərli təcrübəsini
bölüşə bilər. Onun sözlərinə görə, hərbi-texniki əməkdaşlığın və
birgə təlimlərin gücləndirilməsi gözlənilir, lakin hazırkı
mərhələdə hərbi ittifaqın yaradılması planlaşdırılmır.

