Alabaşlı-Qızılca dəmir yolunda təmir işləri yaxın vaxtlarda yekunlaşacaq – ADY

Baş səhifə

Bakı.Trend:

Alabaşlı-Qızılca dəmir yolu sahəsində əsaslı təmir işləri
aparılır. Uzunluğu 20 km-ə yaxın olan dəmir yolu xəttinin
yenilənməsində məqsəd yüklərin təhlükəsiz daşınmasını təmin
etməkdir.

Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat
verilib.




Bildirilib ki, hazırda təmir işlərinin böyük hissəsi başa
çatdırılıb, yaxın vaxtlarda işlər tam yekunlaşacaq.

“Bu yol istismara verildiyi 1950-ci illərdən bu yana ilk dəfədir
əsaslı təmir olunur. Alabaşlı-Qızılca xətti ilə əsasən dəmir
yolları üçün zəruri olan qırmadaş (şeben) ehtiyatı daşınır”,-
məlumatda bildirilib.