
İran prezidenti Məsud Pezeşkian bu gün, cümə günü BRİCS-ə üzv ölkələrin XVIII sammitində iştirak etmək üçün Hindistanın paytaxtı Dehliyə səfər edəcək.
APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Prezident Administrasiyasının protokol işləri üzrə müdir müavini Abbas Musəvi məlumat verib.
Pezeşkian bu gün nümayəndə heyətinin rəhbəri kimi BRİCS-ə üzv ölkələrin XVIII sammitində iştirak etmək üçün Dehliyə gedəcək.
Ölkə başçısının səfər proqramına BRİCS-in üç iqtisadi toplantısı, BRİCS liderləri və BRİCS Plus formatında keçirilən görüşlərdə çıxış, sammitdə iştirak edən bir sıra rəsmilərlə görüşlər, həmçinin iranlı və hindistanlı ziyalılarla görüş daxildir.

