ABŞ Ordusu “Apache” helikopterinin təlim uçuşlarını dayandırıb

Baş səhifə

ABŞ Ordusu Texasda helikopterlərdən birinin qəzaya uğramasından sonra “AH-64 Apache” helikopterinin təlim uçuşlarının dayandırıldığını açıqlayıb.

APA xəbər verir ki, açıqlamaya görə, ABŞ Ordusu komandanlığı qəzanın səbəbi müəyyən edilənə qədər “AH-64 Apache” təlim uçuşlarının dayandırılmasını əmr edib.

Qeyd edək ki, 12 avqustda Texasın mərkəzində Apache helikopteri qəzaya uğrayıb. Göyərtədə olan iki nəfər həlak olub.