ABŞ İsrail və Livan arasında sülh razılaşmasının əldə edilə biləcəyinə inanır – Rubio

Baş səhifə

Bakı. Trend

ABŞ administrasiyası İsrail və Livan arasında sülh
razılaşmasının əldə edilməsini real hesab edir.

Trend-in
məlumatına görə, bu barədə ABŞ dövlət katibi və Milli Təhlükəsizlik
üzrə müşavir Marko Rubio Ağ Evdə jurnalistlər üçün keçirilən
brifinqdə bildirib.




“Mən hesab edirəm ki, Livan və İsrail arasında sülh razılaşması
tamamilə əldə edilə bilər və əldə edilməlidir. İsrail və Livan
arasındakı münasibətlərdəki problem İsrail və ya Livan deyil, “Hizbullah”dır”, – deyə o bildirib.

“Biz bu prosesə çox sadiqik. Amma bu, asan olmayacaq”, – deyə
ABŞ dövlət katibi əlavə edib.