Bakı. Trend:
Vaşinqton İranla münaqişənin sülh yolu ilə həllini müzakirə
etməyə davam edir.
Trend-in məlumatına görə, bu barədə ABŞ Prezidentinin xüsusi
nümayəndəsi Stiv Uitkoff CNN telekanalına açıqlamasında
bildirib.
Telekanalın danışıqların hazırkı vəziyyəti ilə bağlı sualını
cavablandıran Uitkoff “Biz ünsiyyətdəyik” deyə qeyd edib.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl İsrailin dövlət
televiziyası KAN-a verdiyi müsahibədə Tehranın sülh razılaşması ilə
bağlı yeni təklifini “qəbuledilməz” hesab etdiyini bildirmişdi.

