İsveçli səyyahlar Zəngilanda səfərdədirlər – FOTO

Cəmiyyət


“Club 100” təşkilatının 30-dan çox səyyahdan ibarət nümayəndə heyəti bu gün Zəngilan rayonuna gəlib.

“resmixeber.az” xəbər verir ki, bu gün onların işğaldan azad edilmiş ərazilərə səfərinin son günüdür.

Qonaqlara Ağalı kəndi göstərilib, bu ərazilərin bərpası istiqamətində görülən işlərdən danışılıb.

Xatırladaq ki, mayın 11-də İsveçdən olan tanınmış səyyahların Qarabağa və Şərqi Zəngəzura səfəri başlayıb. Nümayəndə heyəti üç günlük səfər zamanı Ermənistanın işğal dövründə törətdiyi dağıntılar, eləcə də torpaqlarımız işğaldan azad edildikdən sonra burada aparılan böyük quruculuq işləri ilə tanış olur.

Onlar artıq Füzuli, Ağdam və Laçın rayonlarına səfər ediblər.

www.RESMIXEBER.az

Spread the love

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir