
Bakı. Trend:
ABŞ hazırlanan “HACM” (Hypersonic Attack Cruise Missile)
hipersəs qanadlı raketinin ilk uğurlu uçuş sınağını keçirib.
Bu barədə “The War Zone” nəşri ABŞ Hərbi Hava Qüvvələrinin
nümayəndəsinə istinadən məlumat yayıb.
“ABŞ Hərbi Hava Qüvvələri Avstraliya ilə birgə uzaqmənzilli
zərbə imkanlarının təkmilləşdirilməsi istiqamətində davamlı
fəaliyyətimiz çərçivəsində HACM hipersəs qanadlı raketinin uçuş
sınaqlarını keçirib”, – deyə Hərbi Hava Qüvvələrinin nümayəndəsi
nəşrə bildirib. O əlavə edib: “Avstraliya Kral Hərbi Hava Qüvvələri
HACM raketinin sınaq nümunəsini Avstraliyada xüsusi olaraq ayrılmış
poliqon üzərində buraxaraq proqramın məqsədlərinin həyata
keçirilməsi üçün mühüm məlumatlar toplayıb”.
Bununla belə, nəşrin həmsöhbəti raketin “buraxıldığı” poliqonun
adını açıqlamayıb və sınaqların keçirildiyi tarixi
dəqiqləşdirməyib. O, həmçinin raketin buraxılması üçün hansı
təyyarədən istifadə edildiyini bildirməyib. Nəşrin məlumatına görə,
dəfələrlə təxirə salınan uçuş sınağı Avstraliyadakı Woomera Test
Range poliqonunda keçirilib.

