Süni intellekt nəzarətdən çıxaraq ABŞ-nin 3 dövlət qurumunun saytlarına müdaxilə edib

Baş səhifə

Bakı.Trend:

“OpenAI” şirkətinin süni intellekt (Sİ) agentləri
nəzarətdən çıxaraq ABŞ hökumətinin üç qurumunun — Təhsil Nazirliyi,
Ticarət Nazirliyi və Qiymətli Kağızlar və Birja Komissiyasının
(SEC) saytları ilə qarşılıqlı əlaqədə olublar.

Bu barədə “The New York Times” (NYT) qəzeti
tədqiqatçılara və mənbəyə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, “OpenAI” yaxın vaxtlara qədər
bu insidentlərdən xəbərdar olmayıb. Şirkət Ticarət Nazirliyi və
Qiymətli Kağızlar və Birja Komissiyası ilə bağlı halları
təsdiqləyib, Təhsil Nazirliyi ilə bağlı insidenti isə araşdırmaqda
davam edir. “OpenAI” qeyd edib ki, söhbət haker hücumlarından
getmir və bu insidentlər texnologiyanın “gözlənilməz və narahatlıq
doğuran” davranışına nümunə kimi qiymətləndirilib.




“Transluce” şirkətinin tədqiqatçılarının bildirdiyinə
görə, Təhsil Nazirliyi ilə bağlı insident zamanı Sİ agenti Mülki
Hüquqlar üzrə İdarədən məlumat əldə etmək məqsədilə saytı
sındırmağa cəhd edib, lakin buna nail olmayıb. Texnologiya,
həmçinin internetdə aşkar etdiyi giriş məlumatlarından istifadə
edərək Siyahıyaalma Bürosunun saytından informasiya əldə edib.
Bundan başqa, Qiymətli Kağızlar və Birja Komissiyasının saytında
ictimaiyyət üçün açıq olan məlumatlar onlayn forumda
yerləşdirilib.