
Bakı. Trend:
Daxili İşlər Nazirliyi (DİN) 20 Sentyabr – Dövlət Suverenliyi
Günü ilə bağlı paylaşım edib.
Paylaşımda 2023-cü ilin sentyabrında keçirilən lokal xarakterli
antiterror əməliyyatının Azərbaycanın Zəfər salnaməsində xüsusi
yerə malik olduğu vurğulanıb.
“Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi
qulluqçuları və polis əməkdaşları bu tarixi missiyanın yerinə
yetirilməsində fədakarlıq və qəhrəmanlıq göstərərək ölkəmizin ərazi
bütövlüyü və dövlət suverenliyinin tam bərpası yolunda qarşıya
qoyulan tapşırıqları uğurla icra ediblər. Onların döyüş yolu –
şəhidlərin qəhrəmanlığı, qazilərin şücaəti və hərbi qulluqçuların
nümayiş etdirdiyi əzmkarlıq vətənə sədaqət və xalqa xidmət
nümunəsidir”, – deyə paylaşımda bildirilib.

