
Bakı. Trend:
ABŞ ordusunun Karib hövzəsində narkotik qaçaqmalçılığında
iştirak etdiyi bildirilən qayığa zərbəsi nəticəsində dörd nəfər
öldürülüb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı (Southcom)
açıqlama verib.
“Yoxlanılmış məlumatlar gəminin narkotik vasitələrin qanunsuz
dövriyyəsində fəal iştirakını təsdiqləyib. Əməliyyat nəticəsində
dörd narkoterrorçu öldürülüb”, – deyə açıqlamada bildirilib.
Açıqlamaya qayıq partlayışını əks etdirən video da əlavə
olunub.
Vaşinqtonun ABŞ-yə dəniz yolu ilə narkotik axınının qarşısını
almaq məqsədi daşıdığını bildirdiyi bu əməliyyatların 2025-ci ilin
sentyabrında başlanmasından bəri ABŞ-nin Karib hövzəsi və Sakit
okeanın şərq hissəsində həyata keçirdiyi zərbələr nəticəsində
ölənlərin sayı 200 nəfəri ötüb.
Prezident Donald Trampın administrasiyası hədəfə alınan
gəmilərin həqiqətən də narkotik qaçaqmalçılığında iştirak etdiyini
təsdiqləyən tutarlı sübutları heç vaxt təqdim etməyib. Ekspertlər
və BMT rəsmiləri bu əməliyyatları tənqid edərək onları
məhkəmədənkənar edamlar kimi qiymətləndiriblər.

