
Rusiya Prezidenti Vladimir Putin Dövlət Dumasına keçirilən seçkilərdə səs verib.
Modern.az xəbər verir ki, Rusiya lideri səsvermədə məsafədən, Kremldəki iş otağından iştirak edib. Putin elektron bülleteni kompüter vasitəsilə doldurub.
Kremlin yaydığı görüntülərdə Putin səsvermə zamanı “Səhv etmək mümkün deyil” deyir. Bir neçə klikdən sonra ekranda “Təşəkkür edirik, siz uğurla səs verdiniz” bildirişi görünür. Rusiya Prezidenti bundan sonra “Təşəkkür edirəm” söyləyib.
Qeyd edək ki, Putin ilk dəfə 2021-ci ildə Dövlət Dumasına seçkilərdə elektron səsvermə üsulundan istifadə edib. Bu, onun altıncı dəfə məsafədən səs verməsidir.
Rusiyada IX çağırış Dövlət Dumasına seçkilər sentyabrın 18-dən 20-dək davam edəcək. Seçkilərdə 450 deputat mandatı müəyyənləşdiriləcək: onların 225-i partiya siyahıları, 225-i isə birmandatlı dairələr üzrə seçilir.

