“PAŞA Sığorta” “Daha sağlam və sığortalı gələcək üçün” xeyriyyə aksiyasına dəstək verib

Baş səhifə

Bakı. Trend:

Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) BMT-nin uşaq
əməyinin istismarına qarşı mübarizə təşəbbüsü çərçivəsində
keçirdiyi xeyriyyə aksiyası yekunlaşıb. Artıq altıncı ildir həyata
keçirilən təşəbbüs bu il “Daha sağlam və sığortalı gələcək üçün”
şüarı ilə reallaşdırılıb.

“PAŞA Sığorta” da sosial məsuliyyət prinsiplərinə uyğun olaraq
aksiyaya dəstək verən sığorta şirkətləri sırasında yer alıb.
Təşəbbüs çərçivəsində şəhid və qazi övladlarının, eləcə də uşaq
sığınacaqlarında yaşayan məktəblilərin yeni tədris ilinə
hazırlığına dəstək göstərilib.




“PAŞA Sığorta” bu kimi təşəbbüslərin gələcəkdə də davam
etdirilməsini və cəmiyyət üçün faydalı sosial layihələrə dəstəyini
önəmli hesab edir.