Azərbaycan QHT-ləri Ermənistanda başlanmış kampaniya əleyhinə bəyanat yayıb

Baş səhifə

Bakı. Trend:

Azərbaycan QHT-ləri Ermənistanda Azərbaycanda akkreditə olunmuş
diplomatik korpusun işğaldan azad edilmiş ərazilərə səfəri ilə
əlaqədar başlanmış kampaniya əleyhinə bəyanat yayıb.

Trend
bəyanatın tam mətnini təqdim edir:

“Biz – Azərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Azərbaycanda
akkreditə olunmuş diplomatik korpusun işğaldan azad edilmiş
Qarabağa və Şərqi Zəngəzura sonuncu səfərinə Ermənistanın müxtəlif
dairələrinin verdiyi reaksiyanı qəti şəkildə pisləyirik!

Bu reaksiya mahiyyət etibarilə ölkəmizin suverenliyinə və ərazi
bütövlüyünə qəsd, Azərbaycanın daxili işlərinə müdaxilə və
açıq-aşkar irridentizm cəhdidir. Ermənistanda bir mərkəzdən idarə
edilən bu davranışlar Azərbaycan-Ermənistan sülh gündəliyinə ciddi
zərbə vurmaqla, iki ölkə arasında davam edən normallaşma prosesini
axsatmağa hesablanmış açıq təxribatdır. Erməni xalqının sülhə hazır
olmadığı aşkara çıxdı. “Real Ermənistan” hekayəti iflasa
uğrayır.

Azərbaycan xalqının tarixinin, mədəniyyətinin, o cümlədən Qafqaz
Albaniyasının zəngin irsinin danılması siyasətinə son qoyulmalıdır.
Ermənistanın baş naziri Gəncəsər məbədinin erməni mənşəyini “sübut
etmək” üçün Matenadaran institutunun rəyinə istinad edir.
Qəribədir, Matenadaran institutuna başqa bir ölkənin suveren
ərazisindəki abidənin mənşəyini təyin etmək hüququnu kim verib? Bu
suala cavab verin, cənablar! Yalançı tarixdən, milli müstəsnalıq
mərəzindən, düşmənçilikdən yorulmadınızmı? 2023-cü ilin
sentyabrında özünü buraxdığını elan etmiş keçmiş qondarma rejimin
tör-töküntüləri niyə yenidən peyda olaraq müxtəlif diplomatik
nümayəndəliklərə və beynəlxalq təşkilatlara sərsəm məktublar
ünvanlamağa başlayıb?

Azərbaycan xalqına qarşı etnik nifrəti dövlət siyasəti halına
gətirmiş, Qarabağ və Şərqi Zəngəzuru 30 il işğal altında saxlamış,
Xocalı soyqırımını törətmiş, tarixi-mədəni irsimizi dağıtmış
Ermənistanın ölkəmizin daxili işlərinə qarışmaq cəhdləri
qəbuledilməzdir!

Biz Ermənistan ərazisində Azərbaycan xalqının talan edilmiş,
saxtalaşdırılmış mədəni və dini irsini də unutmamışıq. Sərdar
sarayının, qəbiristanlıqlarımızın yerlə-yeksan edilməsini, Dədə
Ələsgərin məzarının dağıdılmasını, Göy məscidin təhrif edilməsini
unutmamışıq!

Ermənistan hökuməti əgər doğrudan da Azərbaycanla sülh
gündəliyinə sadiqdirsə, bu isteriyaya, düşmənçiliyə son qoymalı,
hələ də fəaliyyətinə şərait yaratdığı, Azərbaycana qarşı
irridentist ideyaları təbliğ edən şəxsləri və təşkilatları
məsuliyyətə cəlb etməlidir.

Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələri olaraq qəti əminik
ki, Azərbaycan dövləti Ermənistan və onun havadarları tərəfindən
ölkəmizi hədəf alan bu cür əməllərin qarşısı qətiyyətlə
alınacaq!

İmzalar:

  1. Ramil İskəndərli – Azərbaycan Milli QHT Forumunun İdarə
    Heyəti
  2. Hacı Abdulla – “Zəngəzur” Cəmiyyətləri İctimai Birliyi
  3. Xətai Ələsgərov – “Dədə Ələsgər Ocağı” İctimai Birliyi
  4. Oğuz Məmmədov – “Zəngi – Tarixi İrsin Öyrənilməsi” İctimai
    Birliyi
  5. Fuad Məmmədov – “Simurq” Azərbaycan Mədəniyyət
    Assosiasiyası
  6. Zaur Məmmədov – “Bakı Politoloqlar Klubu” İctimai Birliyi
  7. Dilqəm Əhməd – “Çapar” Milli İrsin Tədqiqi Mərkəzi İctimai
    Birliyi
  8. Tural Gəncəliyev – “Qarabağa Dönüş” İctimai Birliyi
  9. Tənzilə Rüstəmxanlı – Azəri-Türk Qadınlar Birliyi
  10. Əliməmməd Nuriyev – Konstitusiya Araşdırmalar Fondu
  11. Könül Behbudova – “Qarabağ İtkin Ailələri” İctimai Birliyi
  12. Şəbnəm Səfərova – “Qarabağın Tərəqqisi Naminə” İctimai
    Birliyi
  13. Umud Mirzəyev – Beynəlxalq Avrasiya Mətbuat Fondu
  14. Səltənət Qocamanlı – “İnsan Hüquqları və Qanunçuluğun
    Müdafiəsi” İctimai Birliyi
  15. Novella Cəfərova – “D.Əliyeva adına Azərbaycan Qadınlarının
    Hüquqlarının Müdafiə Cəmiyyəti” İctimai Birliyi
  16. Səadət Bənənyarlı – “Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti
    Azərbaycan Milli Bölməsi” İctimai Birliyi
  17. Aqil Camal – “Ortaq Dəyərlər” İctimai Birliyi
  18. Hafiz Səfixanov – “Minalar Əleyhinə Azərbaycan Kampaniyası”
    İctimai Birliyi
  19. Rey Qasımov – “Azərbaycanda Minadan Zərərçəkənlərin
    Assosiasiyası” İctimai Birliyi
  20. Əmir Əliyev – “İnsan Hüquqlarının Təşviqi Mərkəzi” İctimai
    Birliyi
  21. Müşviq Ələsgərli – “Mediada İnnovativ Təşəbbüslərə Dəstək”
    İctimai Birliyi
  22. Xatirə Vəliyeva – “Xankəndi” Məcburi Köçkünlərə Dəstək İctimai
    Birliyi
  23. Sevinc Əlizadə – “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai
    Birliyi
  24. Zaur İbrahimli – “Prioritet” Sosial İqtisadi Araşdırmalar
    Mərkəzi İctimai Birliyi
  25. Şəlalə Həsənova – İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək
    İctimai Birliyi
  26. Ayaz Mirzəyev – “Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai
    Birliyi
  27. Şəhla Nağıyeva – “Sönməz Məşəl” Mədəni Əlaqələr İctimai
    Birliyi
  28. Cəsarət Hüseynzadə – “İnformasiya və Sosial Təşəbbüslərə
    Dəstək” İctimai Birliyi
  29. Vüsalə Hüseynli – “İslahatçı qadınlar və innovasiyalar” İctimai
    Birliyi
  30. Əhməd Abbasbəyli – “Cəmiyyətin və Vətəndaş Münasibətlərinin
    İnkişafı Mərkəzi” İctimai Birliyi
  31. Fuad Abbasov – “Misra” İnformasiya Mübadiləsi və Təşəbbüsləri
    İctimai Birliyi
  32. Fuad Hüseynzadə – “Diaspor Fəaliyyətinə Jurnalistlərin Dəstəyi”
    İctimai Birliyi
  33. Anar Xəlilov – “Sağlam İnkişaf və Maarifləndirmə” İctimai
    Birliyi
  34. Xalid Kazımov – “Regional İnsan Hüquqları və Media Mərkəzi”
    İctimai Birliyi
  35. Elşad Məmmədli – “Vətəndaş Maarifləndirilməsi” İctimai
    Birliyi
  36. Kəmalə Ağazadə – “Azərbaycan Uşaqları” İctimai Birliyi
  37. Əfsələddin Ağalarov – “Gəncliyin Sosial-İqtisadi İnkişafına
    Yardım” İctimai Birliyi
  38. Yadigar Məmmədli – “Azərbaycan Demokratik Jurnalistlər Liqası”
    İctimai Birliyi
  39. Fariz Xəlilli – “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək
    İctimai Birliyi
  40. Mübariz Əsgərov – “Obyektiv” Milli Dəyərlərin Təbliğinə Dəstək
    İctimai Birliyi
  41. Tünzalə Abdullalimova – “Vətən Naminə” Şəhid Ailələrinə Dəstək
    İctimai Birliyi
  42. Ceyran Həsənova – “Şəhid Analarına Dəstək” İctimai Birliyi
  43. Vüqar Qədirov – “Qayıdış və Dirçəliş Naminə Gənclər Təşkilatı”
    İctimai Birliyi
  44. İradə Rzazadə – “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai
    Birliyi
  45. Kəramət İsmayılov – “İqtisadi və Sosial İnkişaf Mərkəzi”
    İctimai Birliyi
  46. Fikrət Yusifov – “Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar
    İctimai Birliyi
  47. İlqar Hüseynli – “Sosial-strateji tədqiqatlar və analitik
    araşdırmalar” İctimai Birliyi
  48. Varis Yolçiyev – Azərbaycan Ədəbiyyat Fondu
  49. Səməd Vəkilov – “Müvəkkil Hüquq Mərkəzi” İctimai Birliyi
  50. Elşad Eyvazov – Tərəfsiz Jurnalistlər İctimai Birliyi
  51. Fəridə Mirişova – “İz” Mədəniyyətin İnkişafına Dəstək İctimai
    Birliyi
  52. Lalə Sərdarlı – “Tətbiqi Sənət Nümunələrinin Qorunmasına və
    Təbliğinə Yardım” İctimai Birliyi”