
Bakı.Trend:
İrəvanda Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın qardaşı
Genrik Abramyan Anti-Korrupsiya Komitəsinin əməkdaşları tərəfindən
saxlanılıb.
Ermənistan KİV-nin məlumatına görə, bu barədə cümə günü
komitənin mətbuat xidməti məlumat yayıb.
“Vəzifəli şəxs tərəfindən səlahiyyətlərindən sui-istifadə
edilməsi, bu əməlin törədilməsinə kömək göstərilməsi, xidməti
saxtakarlıq və saxta sənəddən istifadə faktları üzrə aparılan
icraat çərçivəsində Ermənistanın keçmiş Baş naziri Ovik Abramyanın
qardaşı saxlanılıb”, – deyə məlumatda bildirilib.
Ovik Abramyan 2014–2016-cı illərdə Ermənistanın Baş naziri
vəzifəsini tutub.

