Argentinada keçirilən etiraz aksiyası zamanı beş nəfər yaralanıb

Baş səhifə

Bakı. Trend:

Argentinanın paytaxtında əcnəbilərin torpaq alması imkanlarını
genişləndirən qanunvericilik dəyişikliklərinə qarşı keçirilən
etiraz aksiyası zamanı azı 10 nəfər saxlanılıb.

Bu barədə “La Nación” qəzeti məlumat yayıb.




Minlərlə insanın iştirak etdiyi aksiya Konqres binasının
qarşısında keçirilib. Aksiya başlayandan bir neçə saat sonra
meydanda polis və etirazçılar arasında ilk toqquşmalar baş verib.
Etirazçılar hüquq-mühafizə orqanlarının əməkdaşlarına daş və
şüşələr atıblar. Polis isə nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı
qazdan, su şırnaqlarından və rezin güllələrdən istifadə edib.

Qəzetin məlumatına görə, azı üç polis əməkdaşı baş nahiyəsindən
aldığı xəsarətlərlə xəstəxanaya yerləşdirilib. Bundan başqa, iki
jurnalistin də, o cümlədən rezin güllələrdən yaralanaraq xəsarət
aldığı bildirilir.