Tramp: İranla razılaşma əldə etməyə üstünlük verərdim

Baş səhifə

ABŞ Prezidenti Donald Tramp Vaşinqtonun İranla məsləhətləşmələri davam etdirdiyini və razılaşmaya nail olmağa ümid etdiyini bildirib.

APA xəbər verir ki, Amerika lideri bu barədə Nevada ştatının Las-Veqas şəhərinin ətrafında çıxışı zamanı danışıb.

“İnsanları öldürmək istəmədiyim üçün razılaşma əldə etməyə üstünlük verərdim. Amma biz dialoq aparırıq. Gəlin görək nə baş verəcək”, – deyə Tramp bildirib.

Onun sözlərinə görə, İran hakimiyyəti ABŞ-yə hörmətlə yanaşır.