“Euronews” Azərbaycanın milli mətbəxindən bəhs edən reportaj hazırlayıb

Baş səhifə

Bakı. Trend:

Tanınmış “Euronews” telekanalı Azərbaycanın zəngin milli
mətbəxinə, xüsusilə ölkənin ən məşhur ənənəvi xörəkləri olan
düşbərə və gürzəyə həsr olunmuş reportaj yayımlayıb.

Materialda bu yeməklərin Azərbaycan mətbəxində xüsusi yer
tutduğu vurğulanır.




Qeyd edilir ki, miniatür ölçüləri ilə seçilən düşbərə ət içliyi
ilə hazırlanır və ənənəvi qaydada ətirli bulyonla süfrəyə verilir.
Gürzə isə daha iri həcmi və ilanı xatırladan xarakterik hörmə
bükümü ilə fərqlənir.

Müəllif qeyd edir ki, bu nemətlərin tərkibi sadə olsa da,
hazırlanması böyük ustalıq və səbir tələb edir. Düşbərə və gürzənin
bükülmə sirləri nəsildən-nəslə ötürülərək bu günədək qorunub
saxlanılıb.