Trampın Hindistan səfəri üçün hazırlıqlar başlayıb

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Trampın administrasiyası onun gələn ilin
əvvəlində Hindistana baş tuta biləcək səfəri üçün hazırlıqlara
başlayıb.

Bu barədə ABŞ Dövlət katibi Marko Rubio bildirib.

O, əlavə edib ki, Amerika tərəfi səfəri təşkilinə ümid edir.




Rubionun sözlərinə görə, Trampın səfərindən əvvəl o, lazımi
tədbirləri hazırlamaq üçün bu ilin sonuna qədər özü Hindistana
səfər etməyi planlaşdırır. Donald Tramp sonuncu dəfə Hindistanaa
2020-ci ilin fevral ayında səfər edib.

Dövlət Departamenti Vaşinqton və Nyu-Dehlinin münasibətlərini
yaxın hesab edir və Trampın G7 sammiti çərçivəsində Hindistanın Baş
naziri Narendra Modi ilə görüşündən sonra əlaqələrin gücləndiyini
qeyd edir. ABŞ Hindistanı regionda əsas tərəfdaş kimi görür.