EBRD növbəti dəfə Bank Respublika-nı “Azərbaycanda ən fəal emitent bank” elan etdi (FOTO)

Baş səhifə

Bakı. Trend:

Bank Respublika EBRD-nin Riqada keçirilən İllik
Toplantısında növbəti mükafat qazandı!

Bank Respublika Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD)
Ticarətə Yardım Proqramı (Trade Facilitation Programme – TFP)
çərçivəsində 2025-cı il üzrə “Azərbaycanda ən fəal
emitent-bank” adına
layiq görülüb. Bu mükafat bankın
beynəlxalq ticarətin maliyyələşdirilməsi istiqamətində göstərdiyi
yüksək nəticələrin və etibarlı tərəfdaş mövqeyinin növbəti
beynəlxalq təsdiqidir.

Mükafatlandırma mərasimi EBRD-nin Rəhbərlər Şurasının Latviyanın
paytaxtı Riqa şəhərində keçirilən illik toplantısı çərçivəsində baş
tutub. Qeyd edək ki, bu mükafat “Bank Respublika”nın bu sahədə
dördüncü il ardıcıl olaraq qazandığı uğurudur.




Qazanılan uğur Bank Respublika-nın beynəlxalq maliyyə
institutları ilə qurduğu möhkəm əməkdaşlıq münasibətlərinin, eləcə
də ticarətin maliyyələşdirilməsi sahəsində çalışan peşəkar
komandasının ardıcıl fəaliyyətinin nəticəsidir. Eyni zamanda, bu
mükafat Azərbaycanın beynəlxalq və regional ticarətdə artan rolunun
və ölkə bank sektorunun yüksələn potensialının göstəricisi kimi
qiymətləndirilə bilər.

Bank Respublika sahibkarlıq subyektləri və korporativ müştərilər
üçün ticarətin maliyyələşdirilməsi üzrə müasir məhsul və xidmətlər
təqdim etməyə davam edir. Bank ölkə iqtisadiyyatının dayanıqlı
inkişafına, bizneslərin beynəlxalq bazarlara çıxış imkanlarının
genişləndirilməsinə və xarici ticarət əlaqələrinin
gücləndirilməsinə töhfə verməyi strateji prioritetlərindən biri
hesab edir.