Prezident İlham Əliyev: Slovakiya ilə tərəfdaşlığımızı yüksək qiymətləndirirəm

Baş səhifə

Bakı. Trend:

Prezident İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun
sosial media hesabında Azərbaycan haqqında dediyi xoş sözlərlə
əlaqədar özünün X səhifəsində paylaşım edib.

Trend paylaşımı təqdim edir: “Əziz Robert, Azərbaycan haqqında
söylədiyiniz həqiqi və dəyərli fikirlərə görə Sizə təşəkkür edirəm.
Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm. Slovakiyaya səfərim
zamanı göstərdiyiniz qonaqpərvərliyə görə bir daha minnətdarlığımı
bildirirəm və Sizi tezliklə Bakıda görməyi səbirsizliklə
gözləyirəm”.