
Bakı. Trend:
Keniyanın şimal-qərb bölgəsində qanunsuz fəaliyyət göstərən
qızıl mədənində baş verən uçqun nəticəsində azı 15 nəfər həlak
olub.
Trend xəbər verir ki,
ölənlər arasında 10 qadın da var. Hadisə zamanı yaralanan daha 12
nəfər xilas edilərək xəstəxanaya aparılıb.
Hazırda ərazidə axtarış və xilasetmə əməliyyatları davam edir.
İlkin məlumata görə, iri qayanın şaxtaya düşməsi nəticəsində
mədənin divarları çöküb.


