Bakı. Trend
Atlantik okeanında kruiz gəmisində hantavirusun yayılması
nəticəsində üç nəfər ölüb.
Trend-in
məlumatına görə, bu barədə “France 24” telekanalı Ümumdünya Səhiyyə
Təşkilatının (ÜST) məlumatlarına istinadla bildirib.
ÜST-nin məlumatına görə, yoluxma hallarından biri laboratoriyada
təsdiqlənib, daha beş nəfər isə şübhəli hal kimi qiymətləndirilir.
Cənubi Afrikada ümumilikdə altı nəfərin yoluxduğu qeyd olunur.
Onlardan üçü həyatını itirib, biri isə reanimasiyadadır.
Bildirilib ki, epidemiya Argentinadan Kabo-Verdeyə gedən “MV
Hondius” kruiz gəmisində baş verib.
Məqalədə vurğulanır ki, hantavirus adətən gəmiricilərdən
insanlara keçir və ağır tənəffüs xəstəliklərinə səbəb ola
bilər.

