ABŞ astronavtları 2029-cu ilə qədər Aya enə bilər

Baş səhifə

Bakı. Trend:

İkinci prezidentlik müddətimin sonuna – 2029-cu ilə qədər ABŞ
astronavtlarının Aya enməsi ehtimalı kifayət qədər yüksəkdir.

Trend xəbər verir ki, bu
fikirləri ABŞ Prezidenti Donald Tramp səsləndirib.




“Bu istiqamətdə ciddi imkanlarımız var. İşlər planlaşdırılandan
daha sürətlə irəliləyir. Ay proqramı çərçivəsində raket
buraxılışlarını sabit şəkildə bərpa etmişik. Artemis 2 missiyası
artıq Aya uçuşunu tamamlayıb. 2027-ci ildə Artemis 3 missiyasını
həyata keçirməyi planlaşdırırıq və 2028-ci ildə astronavtların Ay
səthinə enməsi üçün iki potensial imkan nəzərdə tutulur”, – deyə o
qeyd edib.