
Bakı. Trend:
“Bornmut” Marko Roze ilə baş məşqçi təyinatı barədə razılığa
gəlib.
Trend xəbər verir ki, alman
mütəxəssis yayda rəsmi olaraq vəzifəsinə başlayacaq və Andoni
İraolanın varisi olacaq.
Məlumata görə, tərəflər arasında razılaşma artıq əldə olunub və
bu, klubun növbəti mövsümün planlaşdırılmasına indidən başlamağa
imkan verəcək. İraola həftənin əvvəlində müqaviləsinin sonunda
komandadan ayrılacağını açıqlamışdı.
49 yaşlı Rose daha əvvəl “Leyptsiq”, “Borussiya” (Dortmund) və “Borussiya” (Münhenqladbax) komandalarında çalışıb. Onun oyun
üslubunun İraolanın yüksək pressinq və intensiv futbola əsaslanan
fəlsəfəsinə bənzəməsi bu seçimin əsas səbəblərindən biri
sayılır.

